Marneulidə yeni stadion tikilməyi planlaşdırılıb. Marneulidə yeni stadion tikilməyi planlaşdırılıb.

Marneulidə yeni stadion tikiləcək

Marneulidə yeni stadion tikilməyi planlaşdırılıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayon icra hakimiyyətindən verilən məlumata görə, stadionun tikilişi ilə bağlı rayon bələdiyyəsi qərar qəbul edib. Tikinti ilə bağlı keçən ilin sentyabr ayından tender elan edilib. Layihəyə əsasən, futbol meydançası FİFA-nın standartlarına uyğun olaraq tikiləcək. Yeni stadion 1500 nəfərdən çox tamaşaçı qəbul edəcək, stadionun ərazisində müxtəlif infrastruktur tikililər, eyni zamanda ikimərtəbəli binanın tikintisi nəzərdə tutulub və həmçinin futbolun gedişini işıqlandırmaq üçün jurnalistlərə istənilən şərait yaradılmağı planlaşdırılıb. Stadionda həmçinin futbol komandalarını gətirən avtomobillər üçün park, işıqlandırma sistemi, monitor və oyunları idarəetmə otağı, masaj və vanna otaqları tikiləcək.

Qeyd edək ki, Marneuli rayon icra hakimiyyəti hazırda stadionun tikintisi üçün donor təşkilatları və investorlarla danışıqlar aparır. Yeni stadionun tikintisinin tender qiyməti 6 395 536 lari təşkil edir.