“Qalatasaray” – “Fənərbaxça” matçı öncəsi insident - Saxlanılanlar var

“Fənərbaxça” azərkeşlərini daşıyan avtobusun şüşələri sındırılıb.

“Qalatasaray” – “Fənərbaxça” matçı öncəsi insident baş verib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Fənərbaxça” azərkeşlərini daşıyan avtobusun şüşələri sındırılıb.

Sərnişinlərə avtobusdan düşməyə icazə verilməyib. Şüşəni kimin sındırdığını müəyyən etmək məqsədilə avtobus içərisindəki azərkeşlərlə birlikdə polis bölməsinə aparılıb.

Başqa bir avtobusun da şüşələrinin sındırıldığı məlum olub. Hadisəni törəqməqdə təqsirli bilinən 4 nəfər saxlanılıb. Beləliklə, nəzarət altına alınanların sayı 7-ə çatıb.