- Köhnə - İdman
- 3 Oktyabr 2018 21:45
- 7 846
Şahmatçılarımız növbəti görüşlərini keçirdilər

Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər.
AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, IX turda milli komandalar müvafiq olaraq, Çin və Ukrayna ilə üz-üzə gəlib.
Kişilərdən ibarət yığma çinli şahmatçılara uduzub. Qadınlar isə Ukrayna ilə heç-heçə edib.
Kişilər
Azərbaycan - Çin - 1,5:2,5
Şəhriyar Məmmədyarov - Din Lijen - 0,5:0,5
Teymur Rəcəbov - Yu Yanyi - 0,5:0,5
Arkadi Naydiç - Vey Yi - 0,5:0,5
Eltac Səfərli - Bu Syançji - 0:1
Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Səfərli qara fiqurlarla oynayıb.
Qadınlar
Azərbaycan - Ukrayna - 2:2
Günay Məmmədzadə - Anna Muzıçuk - 0:1
Xanım Balacayeva - Mariya Muzıçuk - 0,5:0,5
Gülnar Məmmədova - Anna Uşenina - 1:0
Ülviyyə Fətəliyeva - Yuliya Osmak - 0,5:0,5
Məmmədzadə və Məmmədova ağ, Balacayeva ilə Fətəliyeva qara fiqurlarla mübarizə aparıb.
AzNews.az