Peskov Rusiyanın nüvə silahı ilə bağlı planını açıqladı

Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır.

Aznews.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiyanın doktrinal sənədlərində nüvə silahından istifadənin şərtləri dəqiq müəyyənləşdirilib və əsas məqsəd ölkənin ərazi bütövlüyünün qorunmasıdır.

Peskov bildirib ki, NATO Rusiyaya qarşı hər hansı fəaliyyət planlaşdırmırsa, alyansın narahat olması üçün əsas yoxdur.

O, Rusiyanın Kalininqradın mümkün blokadası ilə bağlı nüvə silahından istifadə xəbərdarlıqlarının “qarşıdurma xarakterli bəyanat” kimi qəbul edilməməli olduğunu da vurğulayıb.