Real Madrid klubunun 32 yaşlı portuqaliyalı ulduzu Kriştiano Ronaldo çoxuşaqlı ata olmaq istəyir. Real Madrid klubunun 32 yaşlı portuqaliyalı ulduzu Kriştiano Ronaldo çoxuşaqlı ata olmaq istəyir.

"7 uşağımın olmasını istəyirəm" - Ronaldo (Foto)

Real Madrid klubunun 32 yaşlı portuqaliyalı ulduzu Kriştiano Ronaldo çoxuşaqlı ata olmaq istəyir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, onun artıq 3 övladı var - 7 yaşlı oğlu Kriştiano kiçik və yeni doğulan əkizlər Yeva və Mateo.

Ötən ay məlum oldu ki, futbolçunun sevgilisi, model Corcino Rodrigez də tezliklə ana olmağa hazırlaşır. Futbolçu bununla da kifayətlənmək istəmir. O, 7 uşaq atası olmaq istəyir.

Televiziya şousuna qonaq olan Ronaldo oğlunun 3 bacı və 3 qardaşının olmasını istədiyini bildirib:

"Niyə də yox. 7 sehirli rəqəmdir. Düşünürəm ki, bu əla fikirdir."

Əslində, 7 heç də təsadüfi rəqəm deyil. Ronaldo Realda 7 nömrə altında çıxış edir.

image description image description image description image description image description image description