Taekvondoçularımız “Bahrain Open“ turnirinə qatılacaqlar

Misir Ərəb Respublikasından 6-medall Vətənə dönən taekvondo üzrə Azərbaycan millisi qısa fasilənin ardından növbəti turnirə yollanır.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, böyüklərdən ibarət milli komandamız 27 fevral - 1 mart tarixində Bəhreyn Krallığının paytaxtı Manama şəhərində təşkil ediləcək sayca 6-cı olan "Bahrain Open" turnirinə qatılacaq.

18 ölkədən 350 taekvondoçunun iştirak edəcəyi yarışda millimiz 13 idmançı ilə təmsil olunacaq.

Qadınlardan ibarət milli komandanın baş məşqçisi, eləcə də kişilərdən ibarət milli komandanın böyük məşqçisi, əmkdar məşqçi Gündüz Abdullayev 25 fevralda yola düşəcək heyəti açıqlayıb.

Belə ki, idmançılardan Ayxan Tağızadə (-63 kq),İlkin Şahbazaov (-74 kq), Anastasiya Kan (-46 kq), Patimat Abakarova (-49 kq), Aygül Abdullayeva (-49 kq), Səbinə Mikayılova (-53 kq), Hülya Oveyoğulları (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Daria Qorbaçeva (-62 kq), İnci Zeynep Sönmez (-62 kq), Fəridə Əzizova (-67 kq), Busra Ayva (-73 kq), Marina Tedeyeva (-73 kq) turnirdə ölkəmizi təmsil edəcəklər.
Xatırladaq ki, milli komanda 3 martda Vətənə dönəcək.

AzNews.az