Bu günlərdə Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr edilmiş sayca 5-ci beynəlxalq kikboks turniri keçirildi. Bu günlərdə Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr edilmiş sayca 5-ci beynəlxalq kikboks turniri keçirildi.

“Azərbaycanda kikboksinq sahəsi çox güclü inkişaf edib” - Salim Kayıcı

Bu günlərdə Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr edilmiş sayca 5-ci beynəlxalq kikboks turniri keçirildi.

Turnirdə Azərbaycan və Türkiyə kikboksçuları iştirak edərək öz güclərini sınadılar. Əsl, qardaşlıq və dostluq yarışı baş tutdu.

Türkiyə Kikboksinq Federasiyasının prezidenti, eyni zamanda Dünya Kikboksinq Federasiyasının idarə heyətinin üzvü Salim Kayıcı ilə həm tədbir, həm də Azərbaycan idmanı haqqında qısa söhbətimiz oldu. AzNews.az həmin söhbəti təqdim edir:

-Azərbaycandan hansı təəssüratlarla qayıdırsınız?
-Burada özümü öz evimdəki kimi hiss edirəm. Azərbaycandan yüksək hiss və duyğularla qayıdırıq. Çünki Azərbaycan qardaş dövlətdir. Bizə qarşı çox böyük qonaqpərvərlik və diqqət gördük. Üstəlik, Azərbaycan bu səviyyədə inkişaf etməsi bizi məmnun edir. Bakı gözəl şəhərdir. Yeni tikilən binalar və salınan parklar şəhərə xüsusi gözəllik verir. Şəhidlər Xiyabanına gedib azadlığımız uğrunda şəhid olan qəhrəmanlarımızın ruhuna dualar oxuduq.

- Salim bəy, yarış necə keçdi?
-Yarış yüksəkdə səviyyədə keçirildi. Azərbaycan kikboksçuları yaxşı çıxış etdilər. Əsas odur ki, yüksək peşəkarlıqla hazırlanan və beynəlxalq tələblərə cavab verən yarış idi. Yarışı belə yüksək səviyyədə təşkil etdiyi üçün dostum Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə təşəkkürümü bildirirəm və təbrik edirəm. Dostumuz Adil Əliyev nəinki Azərbaycan, mən deyərdim ki, dünya kikboksinqinə dəstək verən şəxslərdəndir. Onun xidmətləri sonsuz və bunu dəyərləndiririk.

Əminliklə demək olar ki, Azərbaycanda güclü kikboksinq məktəbi və onun tələbələri var. Bugünkü yarış bunu sübut etdi. Bunlar zaman-zaman gerçəkləşən işlərin nəticəsidir. Bu gün də öz bəhrəsini verir.

Əsas odur ki, keçirilən yarışda da qazanan dostluq və qardaşlıq oldu. Ümummilli lider, Türk dünyasının böyük oğlu Heydər Əliyev hər zaman Azərbaycan və Türkiyəni bir millət, iki dövlət adlandırardı. Yarışın fəlsəfəsində bu deviz dayanırdı.

Belə yarışları sıx-sıx etmək lazımdır. Çünki bu yarışlar Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafına böyük təsir edir. Biz siyasi-iqtisadi və mədəni əlaqələrimizi inkişafına nail olmaqla yanaşı idman əlaqələrimizi gücləndirməliyik. Bu gün iki qardaş ölkənin bayrağının birgə dalğalanmasından gözəl nə ola bilər? Yarış boyu bunu izləmək insana mənəvi güc verirdi. Qarşıda belə tədbiri Türkiyədə keçirməyi planlaşdırırıq.

-Azərbaycan idmanı haqqında fikirləriniz nədən ibarətdir?
-Bu gün Azərbaycan idmanı dünya səviyyəsində inkişaf edir. Bu Azərbaycanın inkişafı ilə bağlıdır. Ölkə güclüdürsə, onun idmanı güclü olmalıdır. Azərbaycan idmançıları beynəlxalq yarışlarda güclü çıxışlar edirlər. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti idmana xüsusi diqqət ayırır. Bu isə idmanın inkişafına kömək etməklə yanaşı, idmançılara mənəvi güc verir. Unutmaq olmaz ki, qələbənin əldə olunmasında mənəvi və fiziki gücün üst-üstə düşməsinin böyük rolu var. Azərbaycan idmançılarına uğurlar və qələbələr arzulayıram.


Elnur Eltürk
image description image description image description image description image description image description image description