“Barselona“ 3 xalı 1 topla qazandı - VİDEO

Futbol üzrə İspaniya La Liqasında 29-cu turun oyunları keçirilir.



AZNEWS.AZ xəbər verir ki, növbəti oyun günündə daha 4 görüş baş tutub.

La Liqada 1-ci və 2-ci yerləri bölüşdürən "Barselona" və Real Madrid" qələbə qazanıb.

Dünən günorta vaxtlarında keçirilən "Real Madrid" – "Qranada" oyununda qapılara 10 top vurulub. Kral klubu rəqibini doğma meydanında 9-1 hesabı ilə darmadağın edib. Həmin oyunda Kriştiano Ronaldo 5 top vuraraq bombardirlər siyahısına başçılıq edib.


"Barselona" da qələbə qazanmağı bacarıb, ancaq bu qələbə ona çətinliklə başa gəlib. Fransalı futbolçu Jeremy Mathenin 73-cü dəqiqədə vurduğu yeganə qol kataloniyalılara qələbə sevincini yaşadıb və "Real Madrid"lə olan 4 xal fərqini qüvvədə saxlayıb.

La Liqanın bu turuna bu gün keçiriləcək "Espanyol" - "Elçe" oyunu ilə yekun vurulacaq.

5 aprel
İspaniya La Liqası, 29-cu tur


"Real" (Madrid) – "Qranada" - 9:1
Qollar: Beyl, 25 (1:0), Ronaldo, 30, (2:0), 36 (3:0), 38, (4:0), Benzema, 52 (5:0), Ronaldo, 54 (6:0), Benzema, 56 (7:0), İbanez, 74 (7:1), Mainz, 83-avtoqol (8:1), Ronaldo, 90 (9:1)

"Selta" - "Barselona" - 0:1
Qol: Jeremi Matyö, 73

"Valensiya" - "Vilyareal" - 0:0

"Xetafe" – "Deportivo" - 2:1
Qol: Aleksis, 18 (1:0), Eskudero, 34 (2:0), Xose Verdu Toçe, 79 (2:1)

6 aprel
"Espanyol"- "Elçe"