Kempo idman növü üzrə Azərbaycan millisi Antalyada keçirilən XII dünya çempionatında 4 qızıl medal qazanıb. Kempo idman növü üzrə Azərbaycan millisi Antalyada keçirilən XII dünya çempionatında 4 qızıl medal qazanıb.

14 idmançıdan 4 qızıl, 4 gümüş, 4 bürünc medal

Kempo idman növü üzrə Azərbaycan millisi Antalyada keçirilən XII dünya çempionatında 4 qızıl medal qazanıb.


Azərbaycan Kempo Federasiyasından AzNews.az-a verilən məlumata görə, mundialda baş məşqçi Rauf İbrahimlinin rəhbərliyi altında ölkəmizi 14 idmançı təmsil edib. Azərbaycanlı idmançılar ümumilikdə 4 qızıl 4 gümüş 4 bürünc qazanıblar.

Yeniyetmələrin full-kempo yarışında Toğrul İbrahimli (45 kq), Peyman Vəlizadə (50 kq) qızıl, Orxan Məmmədov (65 kq) və Rüfət Cəbrayılov (80 kq) gümüş medal qazanıblar. Yeniyetmələrin submission versiyası üzrə yarışlarında T.İbrahimli və R.Cəbrayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Semi-kempo yarışlarında isə O.Məmmədov bürünc medala sahib olub.

Böyüklərin mübarizəsində submission yarışlarında Elmar Cəfərov (75 kq) qızıl, Ayşad Əsgərli (100 kq-dan yuxarı) gümüş və Pərvin Hacıyev (95 kq) bürünc medal qazanıblar. Nokdaun yarışlarında isə Rahib Əhmədov (70 kq) bürünc medalla kifayətlənib. Rauf İbrahimli görüşlərin idarə olunmasına görə qızıl medalla mükafatlandırılıb.
image description image description image description image description image description