Azərbaycan Premyer Liqasında məşqçi istefası



"Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev istefa verib. Bu haqda apasport.az saytına komandanın prezidenti Yaşar İbrahimov məlumat verib.

O bildirib ki, Abdullayev dünən axşam komandadan ayrılmaq istədiyini bildirib.

"Komanda sonuncu oyunda "Neftçi"yə uduzdu. Bundan sonra Əsgər bəy istefa verdiyini açıqladı. Biz də onun qərarını qəbul etdik".

İbrahimovun sözlərinə görə, artıq yeni baş məşqçi də müəyyənləşib. Bu posta Əfqan Talıbov gətirilir.

AzNews.az