Daha bir boksçumuz yarımfinalda

Daha bir Azərbaycan boksçusu 1/2 finala vəsiqə qazanıb.


Apasport.az saytının məlumatına görə, Gürcüstanlı Mixail Baxtidzeyə qalib gələn yığma komandamızın lideri Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə qarşılaşıb. 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya çempionatının ikiqat qalibi yenə də rinqi üstün bitirib. O, hər 3 raundu xeyrinə başa vurub – 3:0 (30:27; 29:28; 30:27).

Yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edən Məcidov bu mərhələdə Qasan Qimbatovla qüvvəsini sinayacaq. Bu 1/2 final döyüşü iyunun 25-də saat 14:30-da keçiriləcək

Qeyd edək ki, qarşıdakı 2 gündə 1/4 final mərhələsində daha 8 idmançımız qüvvəsini sınayacaq.