Avropa Oyunlarının bağlanış mərasimi hər bir şəxsin xoşuna gələcək bir tədbir olacaq. Avropa Oyunlarının bağlanış mərasimi hər bir şəxsin xoşuna gələcək bir tədbir olacaq.

“Bağlanış mərasimi hamının xoşuna gələcək“ - Saymon Kleq

Avropa Oyunlarının bağlanış mərasimi hər bir şəxsin xoşuna gələcək bir tədbir olacaq.


AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, indiyədək 217 medal dəsti öz sahini tapıb. Azərbaycan qazandığı uğurlara görə ikinci pillədədir. Bu gün isə 27 medal dəsti öz sahibini tapacaq.

S.Kleq deyib ki, hava şəraitinnn küləkli keçməsi ilə əlaqədar olaraq, bu gün BMX velosiped yarısları keçirilməyəcək. Velosiped yarışlarının final yarıslarının sabah keçirilməsi gözlənilir.

S.Kleq bildirib ki, sosial şəbəkələrdə biletlərin baha qiymətə satılması barədə məlumatı var.

`Bağlanış mərasimi üçün satılmış biletlərin yenidən satılması düzgün deyil. Bununla bağlı müvafiq qurumlar araşdırma aparmalıdır`/

S.Kleq həmçinin bildirib ki, dünən boks yarışları zamanı zədə alaraq xəstəxanaya yerləşdirlmiş Rusiya boksçusu artıq Atletlər kəndinə qayıdıb. Onun səhhəti bərpa olunub.