Təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib. Təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.

“Buta Airways”in yeni təyyarəsi: Bakıda "Ağdam"ı belə qarşıladılar - VİDEO

Təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.

Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” donanmasına daha bir yeni “Embraer E-190” təyyarəsi əlavə edib.

AzNews.az xəbər verir ki, təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.

Yeni təyyarə aşağı büdcəli aviadaşıyıcının donanmasında sayca səkkizincidir və aviaşirkətin uçuş cədvəlinə daha çox tələbat olan istiqamətlərə əlavə reysləri əlavə etməyə imkan verəcək.

"Donanmanın yeni təyyarələrlə artırılması “Buta Airways”-in marşrut şəbəkəsini daha da genişləndirməyə imkan verəcək. Biz sevinirik ki, milli loukost aviaşirkət Azərbaycan vətəndaşları və ölkəmizə gələn turistlər arasında böyük tələbata malikdir. “Buta Airways”-in reyslərinin və istiqamətlərinin sayının artırılması ölkəmizdə turizmin inkişafına daha çox kömək olacaq", - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

“Buta Airways”-in yeni təyyarəsi Ağdam şəhərinin adını daşıyır.

Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb.

Yeni “Embraer E-190” təyyarəsinin qarşılanması haqqında videoçarx ilə aşağıdakı linkdə tanış olmaq olar:

Qeyd edək ki, aviaşirkət artıq yay uçuş cədvəli üzrə bir çox istiqamətlərə - Sofiya, Alanya, Sankt-Peterburq və digər şəhərlərə aviabiletlərin satışına başlamış, həmçinin İzmirə aviareyslərin sayını həftədə üç dəfəyədək artırıb.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

AzNews.az

image description