- İşin içi
- 29 Aprel 12:12
- 2 939
Azərbaycanda aktiv depo hesablarının sayı açıqlanıb

Milli Depozit Mərkəzində (MDM) mövcud olan depo hesabların sayı 160 mindən çoxdur.
Bunu MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev Bakıda keçirilən "Depozitarın ekosistemdə rolu" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, bunun da 105 minə yaxını aktiv depo hesablarıdır: “2024-cü ildə fərdi depo heabların sayında artım olub və 30 mindən çox fərdi depo hesab açılıb. Buna da, kapital bazarında reallaşan ilkin kütləvi təklif (İPO) təkan verib”.
Xatırladaq ki, 1997-ci ildən 2023-cü ilin sonunadək Milli Depozit Mərkəzində mövcud olan depo hesabların sayı 121 min 610 təşkil etmişdisə, 2024-cü ilin sonunda bu rəqəm 160 min 545 olub. Aktiv depo hesabların sayı isə müvafiq olaraq 2023-cü ilin sonuna 75 min 24 təşkil etmişdisə, ötən ilin sonunda 105 min 552 olub.