Qızılın bahalaşması davam edəcək - Ekspertlər

Dünya bazarında qızılın qiyməti bu həftəni 66 dollar/unsiya və ya 5,6% artımla başa vurub. Buna səbəb isə qlobal iqtisadiyyatda resessiya gözləntilərinin artması və bir sıra inkişaf etmiş ölkələrin mərkəzi banklarının uçot dərəcəsini sıfırdan aşağı salması amilləri olub.


AzNews.az Report-a istinadən xəbər verir ki, ümumiyyətlə, başa çatan həftə ərzində qızıl 1 165-1 260 dollar/unsiya qiymət diapazonunda hərəkət edib. Qeyd edək ki, qızıl ilin əvvəlindən 179 dollar və ya 17% bahalaşıb.

ABŞ iqtisadiyyatının yaxın aylar ərzində resessiya mərhələsinə daxil olması təhlükəsi qızıla olan tələbatı daha artıracağı gözlənilir. Yaxın vaxtlarda qızılın 1 300 dollar/unsiyaya qədər bahalaşması proqnozlaşdırılır.