Azərbaycan nefti bu qiymətə satılır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 87,10 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 1,16 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Sonuncu dəfə Azərbaycan nefti 2014-cü ildə 87 dollar həddindən yüksək olub.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 86,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 2-də 83,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,96 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 2-də 85,81 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,12 dollar/barel çoxdur.(trend.az)

AzNews.az