Rusiyanın energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı beynəlxalq forumda iştirak edib. Rusiyanın energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı beynəlxalq forumda iştirak edib.

“Bu, Azərbaycan dövlətinin strateji hədəfidir” - Nazir

Rusiyanın energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı beynəlxalq forumda iştirak edib.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, P.Şahbazov “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları” mövzusunda çıxış edib.

Nazir çıxışında yeni texnologiyaların enerji sektoruna təsiri, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması kimi məsələlərin ölkələrin enerji siyasətində prioritetə çevrildiyini qeyd edib. Azərbaycanın enerji sektorunda qlobal çağırışlara uyğun islahatyönümlü kompleks tədbirlərin həyata keçirilməsindən danışan Pərviz Şahbazov bildirib ki, bütün bu tədbirlər energetika sektorunda effektiv tənzimləmə sayəsində müsbət nəticə verə bilər: “Tənzimləyici orqan artıq formalaşdırılıb. Enerji sektorunda çevik, şəffaf və yüksək keyfiyyətli idarəetmənin təmin edilməsi Azərbaycan dövlətinin strateji hədəfidir və dövlətin bütün dəstəyi bu sahənin modernləşdirilməsinə və effektiv tənzimlənməsinə yönəlib”.

Qeyd edək ki, tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak ediblər.

AzNews.az