Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb.

AzNews.az xəbər verir ki, sərgi 4-6 oktyabr 2028-ci ildə keçiriləcək.

Qeyd edək ki, bu il Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi zamanı 53 ölkədən 280 şirkət iştirak edib.

Bakı Expo Mərkəzinin IV pavilyonunda Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan 130 adda məhsul nümayiş olunub.