Vahid Ələkbərov Rusiyada dövlətə məxsus neft şirkəti alır

Rusiyanın "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov “Başneft” şirkətinin səhmlərini almaq fikrindədir.


Vahid Ələkbərov bunu neftin qiymətinin aşağı olmasına baxmayaraq etmək istəyir.

"Hazırda bununla maraqlanırıq. Biz "Başneft"i real qiymətə almağa hazırıq. İndiki zamanda bu sövdələşmə bizə sərf edir. Hazırda bu sahədə məsləhətləşmələr aparılır, lakin hələ ki bir cavab yoxdur", - deyə Vahid Ələkbərov bildirib.

"Başneft"in özəlləşdirilməsi üçün 3 variant - 25% səhmlərin satış paketi, 50% səhmlər paketi və Başqırdıstanın payı ilə birlikdə 75% səhmlər paketinin özəlləşdirilməsi imkanlarına baxılır.

Aprelin 20-də "Lukoyl"un prezidenti Vahid Ələkbərov Neftqaz forumunda bəyan edib ki, şirkət Başqırdıstan hökuməti ilə 50% səhmlər paketini almaq üçün danışıqlar aparır.

​Bildirilir ki, "Rosneft"in keçmiş prezidenti müstəqil neftqaz şirkətinin sahibi Eduard Xudaynatov prezident Vladimir Putinə müraciət edərək bildirib ki, Müstəqil Neftqaz şirkəti "Başneft"in özəlləşdirilməsində iştirak etməyə hazırdır.

"Başneft" Rusiyanın iri neft şirkətlərindən biri hesab edilir. Onun aksiyalarının 60 faizindən çoxu dövlətə məxsusdur.


Ans press