- Köhnə - İqtisadiyyat
- 2 İyul 2015 10:16
- 2 076
Azərbaycanda 50 min nəfər ödənişsiz təhsil alır - Ekspert rəyi

“Rusiya hökuməti ali məktəblərdə ödənişsiz yerlərin sayını ixtisar etməyə hazırlaşır”.
AzNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev özünün facebook səhifəsində yazıb.
O bildirib ki, indiyədək Rusiya hökuməti 17-30 yaşlı vətəndaşlarının hər 10 000 nəfəri hesabı ilə azı 800 ödənişsiz tələbə yeri maliyyəşdirib: "İndi maliyyə qıtlğı səbəbindən həmin yerlərin sayını hər 10 000 nəfəri hesabı ilə azı 750-ə endirməyi planlaşdırır".
Ekspert oxşar göstəricini Azərbaycanla müqayisə edib: "Fərq inanılmaz dərəcədə böyükdür. Rəsmi statistikaya görə, Azərbaycanda 17-30 yaşlı insanların sayı 2.2 milyon nəfərə yaxındır. Hazırda ölkənin bütün ali məktəblərində bakalavr və magistr pilləsində təhsil alan 130 000 nəfərə yaxın tələbədən təxminən 50 000 nəfəri ödənişsiz təhsil alır. Bu isə 17-30 yaşlı bütün ölkə vətəndaşlarının hər 10 000 nəfəri hesabı ilə 227 nəfərə bərabərdir. Yəni bu, Rusiyanın göstəricisindən 4 dəfə azdır".
Bahar RÜSTƏMLİ
AzNews.az