Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalara görə Türkiyə fermerləri iflas həddindədirlər. Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalara görə Türkiyə fermerləri iflas həddindədirlər.

Türkiyə fermerləri iflas həddində - Rusiya embarqonu ləğv etməsə...

Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalara görə Türkiyə fermerləri iflas həddindədirlər.



Məlum olduğu kimi, Rusiya uzun illər Türkiyə fermerləri üçün əsas bazar rolunu oynayıb. Kənd təsərrüfatı məhsullarının Moskvaya ixracını genişləndirmək üçün istehsalçılar böyük miqdarda kredit götürüblər. Lakin, tətbiq edilən embarqodan sonra fermerlər borclarını geri qaytarmaqda çətinlik çəkirlər.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hazırda türkiyəli fermerlər işçilərini ixtisara salır və kreditlərini ödəmək üçün vəsait axtarırlar. "Bu zamana qədər mənim 11 nəfər işçim var idi. Mən onları işdən çıxarmalı və bütün işi ailəmlə birlikdə görməli olacağam. 40 istixanamdan artıq yarısını belə işlədə bilmirəm", - deyə İstanbulda fermerliklə məşğul olan Naim Bilir bildirib.

Rusiya-Türkiyə münasibətlərinin pisləşməsindən böyük zərər görən digər sahə isə tikintidir. Tikinti biznesinin nümayəndələrinin itkiləri təxminən 4 milyard avro dəyərində qiymətləndirilir.

Qeyd edək ki, 2015-ci ilin ilk 10 ayı ərzində Türkiyədən Rusiyaya idxal edilən kənd təsərrüfatı və yeyinti məhsullarının dəyəri 1 milyard dollardan yüksək olub. Türkiyə meyvə və tərəvəz ixracının 42 faizi Rusiyaya göndərilib. Türkiyə Əkinçilər Assosasiyasının prezidenti İbrahim Yetkin tətbiq ediləcək sanksiyaları yerli istehsalçılar üçün "həyəcan təbili" adlandırıb.

Xatırladaq ki, noyabrın 24-də Türkiyə hava sərhədini pozan Rusiya qırıcı təyyarəsi Türkiyə tərəfindən vurulub. Bu hadisə iki dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Rusiya Türkiyədən bir sıra məhsulların ölkəyə gətirilməsinə qadağa qoyub.

Aydan AXUNDOVA