Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Patrul Polisi Departamentinin rəisi Vaja Siradze bildirib.
Onun sözlərinə görə, girovlar azad edilib və təhlükəsiz yerə aparılıblar.
Gürcüstanın paytaxtı Tbilisidə Avlabar metrostansiyasının yaxınlığında “Gürcüstan bankı”nın filialına silahlı basqın olub.
Basqın edən şəxsin neçə nəfəri girov götürdüyü hələ məlum deyil.
Polis ətraf ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Yaxınlıqdakı Avlabar metrostansiyasının fəaliyyəti müvəqqəti dayandırılıb.
Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub, ətrafdakı şəxslər təxliyə edilib.
Polis hazırda xüsusi əməliyyat keçirir.
AzNews.az