Əvvəl atasını, sonra anasını öldürdü

Türkiyənin Aksaray şəhərində ana qatili olan övladın 14 il əvvəl atasını da öldürdüyü bəlli olub.

Mustafa Acun sentyabrın 4-də 69 yaşlı anası Dürdane Acunu evin qarşısında ov tüfəngi ilə güllələyərək öldürüb.

1999-cu ildə bədbəxt hadisə nəticəsində öldüyü sanılan Mevlut Acunun da əslində, oğlu tərəfindən öldürüldüyü üzə çıxıb.

Aksarayın Dursun Söyler səmtində yaşayan 59 yaşlı Durdane Acun başından güllə yarası alaraq qətlə yetirilmişdi.

Olay səhər saatlarında, D.Acun yatanda baş verib.

Polis qatilin axtarışlarına başlayıb və az sonra şübhəli şəxs qismində Dürdanə Acunun böyük oğlu, 44 yaşlı Mesut Acunu İstanbulda gizləndiyi evdə tutaraq Aksaraya gətirib.

M.Acun polisdə ifadə verərkən bildirib ki, 1999-cu ildə atası Mevlut Acunu qətlə yetirib: "Yenikent qəsəbəsindəki tarlamızda su mühərriki vardı. Atamı o mühərrikin yanına apardım, başını mühərrikin qayışlarının arasına soxaraq öldürdüm.

Atam sürəkli mənə söyür, təhqir edir, aşağılayırdı. Sonra anam mənə "Atanı sən öldürdün, səni polisə verəcəyəm" deyirdi. Mən də onu öldürdüm". (milli.az)

AzNews.az