Milyonların ölümünə səbəb olan- DUZ

Araşdırmalar nəticəsində duzun "ağ ölüm" olması ortaya çıxıb



Amerikalı alimlərin apardığı son araşdırmalar təhlükəli bir faktı ortaya qoyub. Belə ki, sən demə, yediyimiz duz "ağ ölüm"ə gətirib çıxarırmış.

Statistikaya görə, yaxın gələcəkdə hər il 2,5 milyon insan artıq miqdarda duz qəbulundan dünyasını dəyişəcək. "Bizim apardığımız araşdırma hamımızı narahat etməyə başlayıb. Məlum olub ki, yediyimiz xörək və narın duz orqanizmə hədsiz dərəcədə ziyandır. Və nəzərə alsaq ki, kişilər qadınlara nisbətdə daha çox duz yeyirlər, o zaman kişilərin duzdan ölmə faizi daha yüksək olacaq. Duzun tərkibindəki natriy maddəsi ölümə aparan maddələrdəndir",-deyə araşdırma rəhbəri Dariuş Mozaffarian bildirib.

Statistika nəticəsində həmçinin, 2013-cü ildə ürək xəstəliyi adı altında dünyasını dəyişən insanların ölüm səbəblərinin məhz yedikləri hədsiz miqdarda duzun olması aşkar edilib.

Həkimlər də hədsiz dərəcədə gün ərzində duz qəbulunu qadağan edirlər. Normadan insan gündə cəmi 3-5qr duz qəbul etməlidir. Ancaq orta statistikaya görə, biz insanlar gün ərzində 10-17qr-a qədər duz qəbul edirik.

Çox duzlu yeməklər yeyən insanlarda mədədə ağrılar, ürək və arterial təziq disbalansının yaranması kimi problemlər yaranır.

Aynur Hüseynova
AzNews.az