Bu dünya tibb tarixində ilkdir Bu dünya tibb tarixində ilkdir

Eyni vaxtda həm üz, həm əllərin transplantasiyası həyata keçirilib

Bu dünya tibb tarixində ilkdir

ABŞ-da geçirdiyi yol qəzasında bədəninin 80%-i yanan 22 yaşındaki Joe DiMeoya eyni vaxtda həm üz, həm hər iki əl transplantasiyası keçirilib. 23 saat davam edən ve uğurla sona çatan əməliyyat dünya tibb tarixinə düşüb.

ABŞ-ın Nyu Çersi ştatının dərman fabrikində çalışan 22 yaşlı Joe DiMeo 2018-ci ildə gece növbəsindən evinə dönərken sükan arxasında yuxuya gedərək yol qəzası törətmişdi. Bu zaman maşın yandığından o da ağır yanıq xəsarətləri almışdı. 4 ay xəstəxanada müalicə olunan gənc sonradan 2 ay yarım süni koma vəziyyətində qalıb. Nəhayət onun üzərində 23 saat sürən bir əməliyyat keçirilib. 140-dan artıq mütəxəssisin iştirak etdiyi əməliyyatda amerikalı gəncə üz və iki əl köçürülüb. Beləliklə dünyada bir ilk gerçəkləşdirilib.

Aznews.azın Türkiyə mediasına əsasən verdiyi xəbərə görə, indi o xeyli sevinclidir. Çünki həyatını artıq kimlərinsə köməyi olmadan özü idarə edə biləcək. Qeyd edək ki, Joe DiMeo qəza vaxtı barmaqlarını,dodaqlarını, göz qapaqlarını və üzünün bir hissəsini itirmişdi. O, “mənə ikinci bir şans verildiyi üçün çox xoşbəxtəm” deyib. Artıq o, əllərini gücləndirmək üçün həkim nəzarətində ağırlıq qaldırma məşqləri ilə də məşğuldur.

Qeyd edək ki, dünyada daha öncə də eyni vaxtda hem üz, hem əl transplantasiyası əməliyyatı baş tutmuşdu. Lakin birinde xəstə həyatını itirmişdi, digərində isə əl köçürülməsi uğursuzluqla nəticələnmişdi.

AzNews.az