- Rusiya və İran
- 12:40
- 952
Vladimir Putin mayın 27-29-da Qazaxıstana səfər edəcək
Vladimir Putin mayın 27-dən 29-dək Qazaxıstana rəsmi dövlət səfəri edəcək.
Səfər Kasım-Jomart Tokayevin dəvəti əsasında baş tutacaq.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Putin və Tokayev görüş zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.
Mövsüm,
AzNews.az