Sonuncu dəfə “Haven Motel” görünən Corinna Slusserin harada olması barədə hələ də məlumat yoxdur. Sonuncu dəfə “Haven Motel” görünən Corinna Slusserin harada olması barədə hələ də məlumat yoxdur.

İtkin düşən tələbə qızla bağlı ŞOK TƏFƏRRÜATLAR - Oteldə görüşüb, sonra isə... - FOTOLAR

Sonuncu dəfə “Haven Motel” görünən Corinna Slusserin harada olması barədə hələ də məlumat yoxdur.

ABŞ-da 19 yaşlı tələbə qız yoxa çıxıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Pensilvaniya universitetində markettinq ixtisası üzrə təhsil alan Corinna Slusser Nyu-Yorka səyahətə gedib və qızdan bir daha xəbər alan olmayıb.

Məsələni araşdıran FBI bir sıra faktlar ortaya çıxarıb. Məlum olub ki, Slusser Bronxda bir oteldə qalırmış və orada 23 yaşlı Ishi Woney adlı şəxslə tanışıb olub. Hətta sosial şəbəkələrdə aktiv olan qız həmin şəxslə də fotosunu paylaşıb.

Woneyin telefonuna baxış keçirən polis Slusserlə yazışmasına dair mesajlar aşkarlayıb. Oğlanın Slusserin yoxa çıxmasında əli olduğundan şübhələnən FBI gizli əməliyyat keçirib.

Nəticədə Woneyin Corinna da daxil olmaqla, xeyli sayda qızı fahişəliyə cəlb etdiyi məlum olub.

Hadisə ilə əlaqədar istintaq başladılıb. Lakin sonuncu dəfə “Haven Motel” görünən Corinna Slusserin harada olması barədə hələ də məlumat yoxdur.

AzNews.az