Braziliya çempionatında maraqlı hadisə baş verib. Braziliya çempionatında maraqlı hadisə baş verib.

Təcili yardım maşını meydanda xarab oldu, futbolçular isə... - Video

Braziliya çempionatında maraqlı hadisə baş verib.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Vasko de Qama” - “Flamenqo” matçının son dəqiqələrində meydan sahiblərinin futbolçusu Bruno boynundan ciddi zədələnib.

Zədələnən futbolçunu xəstəxanaya aparmaq üçün təcili yardım maşını meydana çağırılıb. Lakin, bu zaman avtomobil xarab olub. Çarəsiz qalan futbolçular avtomobili itələyərək hərəkətə gətiriblər.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.

AzNews.az