“Bermud üçbucağı”nın altında şəhər tapıldı-VİDEO

Kanadalı alimlər yeni kəşfə imza atıb. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, adı keçən ölkənin alimləri Pol Vaynçveyq və onun həyat yoldaşı Polina Zalitçki Atlantik okeanında yerləşən, sirli "Bermud üçbucağı"nın altında şəhər aşkarlayıblar. Alimlərin iddiasına görə, şəhərin arxitekturası Latın Amerikası üslubunu xatırladır.

Bundan əlavə, sualtı şəhərdə piramidalar da aşkarlanıb ki, onlardan biri xalis şüşədəndir. Alimlər piramidanın şüşədən hazırlanmasını əsas tutaraq iddia edirlər ki, şəhər yüksək sivilizasiya dövrünü yaşayıb. Bundan əlavə, şəhərin divarlarında sfinks heykəllər, tikintilər və qədim yazılar aşkarlanıb.

Şəhərə yuxarıda baxdıqda isə avtomobil yolları, tunellər və binalar daha açıq nəzərə çarpır. Təhqiqatı aparan Pol Vaynçveyq və onun həyat yoldaşı Polina Zalitçki bildirib ki, əslində bu sualtı şəhər haqqında Amerikanını məlumatı hələ 60-cı illərdən olub.



Sadiq Musa
AzNews.az
image description