Göyçay rayonunda 500 kloqram at əti aşkarlanıb. Göyçay rayonunda 500 kloqram at əti aşkarlanıb.

Yarım ton at əti tutuldu - Qəfil reyd

Göyçay rayonunda 500 kloqram at əti aşkarlanıb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə noyabrın 15-də Göyçay rayonu ərazisində reyd keçirib.

Reyd zamanı Mingəçevir şəhər sakini Məhəmməd Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilin yük yerindən mənşəyi bilinməyən, çəkisi 500 kiloqram ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bahar RÜSTƏMLİ
AzNews.az