Azərbaycan vətəndaşı saxlanılıb Azərbaycan vətəndaşı saxlanılıb

Sərhəddə kürü tutuldu

Azərbaycan vətəndaşı saxlanılıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Kia Rio" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin yük yerindəki qara rəngli polietilen paketlərdən, 4 ədəd plastik qabda, ümumi çəkisi 2120 qram olan qara rəngli dənəvari balıq kürüsü, 2000 ədəd "Parliament Heets" və 200 ədəd "Parliament Compact" markalı siqaretlər, 2 ədəd "Samsung Galaxy S9" markalı mobil telefonlar aşkar olunub.

Nigar CƏFƏR

AzNews.az

image description