Arvadından ayrıldıqdan sonra qayınatası ilə söz-söhbətləri düşüb Arvadından ayrıldıqdan sonra qayınatası ilə söz-söhbətləri düşüb

Keçmiş qayınatasını öldürənə - Ağır cəza

Arvadından ayrıldıqdan sonra qayınatası ilə söz-söhbətləri düşüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Şabanov ötən il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində keçmiş qayınatası Hətəm Şabanovu küt alətlə qətlə yetirib. Onun meytini ailə üzvləri yaşadıqları evin yaxınlığından aşkar ediblər. Dərhal ərazi üzrə 14-cü polis bölməsinə məlumat verilib. Əməliyyatçılar çox çəkməyib ki, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanovu saxlayıb. Məlumata görə, Samir Şabanov mərhumun həm keçmiş kürəkəni, həm də qohumu olub. Polis bölməsindən verilən məlumata görə, Samir Şabanov Hətəm Şabanovun qızı ilə ayrıldıqdan sonra ailələr arasında mübahisə var imiş.

Azər
AzNews.az