- Pullu iş
- 1 Aprel 13:43
- 7 357
Sahil Babayev: "İndiyədək Azərbaycan Rumıniyaya 90 milyon ABŞ dolları investisiya yatırıb"
![](https://www.aznews.az/storage/2024/04/01/4b92b610-d566-3b74-ae84-38b42653ed50_850.jpg)
İndiyədək Rumıniya Azərbaycana 30 milyon ABŞ dolları, Azərbaycan isə Rumıniyaya 90 milyon ABŞ dolları dəyərində investisiya yatırıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasının yekunlarına həsr olunan brifinqdə deyib.
Nazir bildirib ki, İki ölkə arasında enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət sahələrində əlverişli əməkdaşlıq imkanları mövcuddur.
S. Babayev əlavə edib ki, 2023-cü ildə Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 670 milyon ABŞ dolları olub: "Ticarət dövriyyəsinin böyük hissəsini – 605 milyon ABŞ dollarını Azərbaycandan Rumıniyaya ixrac təşkil edib".