Məşhur müğənnidən türk aktyorla bağlı ŞOK İDDİA - VİDEO

"12 ildir sənətdəyəm, ilk dəfədir belə bir şey deyirəm"

Türkiyəli müğənni Ebru Polat aktyor Kadir İnanırla bağlı maraqlı iddia irəli sürüb.

AzNews.az xəbər verir ki, müğənni "Kanal D" telekanalında yayımlanan "2. sayfa" verilişində Kadir İnanırın onun əmisi ola biləcəyini deyib.

E. Polat canlı yayımda atası ilə sözügedən aktyorun bir-birinə çox oxşadığını qeyd edib.

"Atamın anası həyat yoldaşı ilə problemi olduğu üçün 3 övladını uşaq evinə yerləşdirib. Təzə evə köçüb vəziyyətini düzəldəndə uşaqlarını götürmək istəyib. Öyrənib ki, ən böyük uşağını övladlıq veriblər. Kadir İnanırla atam bir-birinə çox oxşayır. Nənəm illərlə mənə Kadir İnanır sənin əmindir dedi".

Müğənni ilk dəfədir belə bir iddia ilə çıxış etdiyini bildirib:

"Kadir İnanırı uzaqdan görəndə mənə şorgöz kimi deyil, şirin-şirin baxır. Hiss edirmi bilmirəm. 12 ildir sənətdəyəm, ilk dəfədir belə bir şey deyirəm. Mənə çox maraqlıdır ki, görəsən, o mənim əmimdir?"

Pərvanə

AzNews.az