Müğənni evlilik təklifi aldı, keçmiş sevgilisi isə ...

"Unutmayın ki, sevgilimin də bir ailəsi var"

Məşhur türk müğənnisi Hatice uzun müddətdir birlikdə olduğu sevgilisi Ali Kemal Sarıdan evlilik təklifi alıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bu xoşbəxt anlarını sosial mediada paylaşan Hatice olduqları məkanın adını paylaşdığı zaman qiyamət qopub.

Türkiyənin “Kanal D” kanalında yayımlanan “2. Sayfa” verilişinin xəbərinə görə, keçmiş sevgilisi Ender Ataç məkana basqın edib. Keçmiş sevgilisini yan masada görən Hatice pis vəziyyətə düşüb.

Bundan sonra müğənni restoranı tələsik tərk edib, Ender Ataç isə onun əyləşdiyi yerdə oturub.

Hatice isə olaydan sonra çıxan xəbərlərə belə münasibət bildirib:

"Unutmayın ki, sevgilimin də bir ailəsi var, xəbər yazan zaman iki dəfə düşünün və mütləq xoşbəxt olmağa çalışın”.

Səidə Vahid

AzNews.az

image description