"Əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəddir". "Əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəddir".

"Daha 13 aqropark fəaliyyətə başlayacaq" - Nazir

"Əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəddir".

"Gələn il bədiyyə balansının cari hesabının müsbət, 3,9 mlrd. dollar olacağı gözlənilir".

AzNews.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 17,9 mlrd. manat olacağı proqnozlaşdırılır. Ş.Mustafayev qeyd edib ki, cari ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir.

"Artıq 6 aqropark fəaliyyətə başlayıb, cari ilin sonunadək daha 13 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Tam fəaliyyət nəticəsində il ərzində təxminən 600 mln. manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsal və emalı mümkün olacaq. Ümumilikdə, 10 mindən çox iş yerinin açılması nəzərdə tutulur".

Nazir əlavə edib ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi əsas məqsəddir olacaq.

Elgün Mənsimov
AzNews.az