Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən

Mitinqlə bağlı müraciətə cavab verildi

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və müstəqil şəkildə deputatlığa namizədliyini vermiş Fərhad Mehdiyevin mitinqlə bağlı müraciətinə cavab verib.

Mitinqin təşkilatçılarından D18 təşkilatının rəhbəri Ruslan İzzətlinin verdiyi məlumata görə, mitinqin 29 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.

R. İzzətli bildirib ki, bu təkliflə razılaşmırlar: “Mitinqin harada keçiriləcəyi ilə bağlı mitinqin təşkilatçıları ilə bu gün görüş keçirib qərar verəcəklər”.

Qeyd edək ki, fevralın 24-də İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və Fərhad Mehdiyev (deputatlığa müstəqil namizəd) fevralın 29-da saat 15.00-dan 17.00-dək Mərkəzi Seçki Komissiyası qarşısında mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. (APA)

AzNews.az