Hökumət başçıları Yeni il münasibətilə bir-birilərini təbrik ediblər Hökumət başçıları Yeni il münasibətilə bir-birilərini təbrik ediblər

Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı oldu

Hökumət başçıları Yeni il münasibətilə bir-birilərini təbrik ediblər

Baş nazir Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub Dekabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

AzNews.az xəbər verir ki, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib. İqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyası çərçivəsində aparılan işlərin intensivləşməsinin əhəmiyyəti vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri yüksək qiymətləndirilib.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn məsələlər müzakirə edilib.

Eyni zamanda, hər iki ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Hökumət başçıları Yeni il münasibətilə bir-birilərini təbrik ediblər.