"Qərb bu prosesdə həm Ermənistanı, həm də Azərbaycanı dəstəkləyir" - Amid Əliyev

“Ermənistanda baş verən qarşıdurmaların əsasında Azərbaycanala sərhədlərin müəyyən edilməsi və kəndlərin geri qaytarılması faktı dayanır. Ən əsası da Ermənistanın siyasi hakimiyyətinin bu prosessdə bütün şərtlərlə razılşaması faktı xüsusilə ermənilərdə nifrət hissini daha çox artırır. Bu da heç təsadüfi sayıla bilməz. Belə ki, hazırda Qərb tərəfdən Ermənistan siyasi hakimiyyəti tam şəkildə dəstəklənir və qorunur. Kəndlərin qaytarılması zamanı ilk təbriklər də məhz elə Qərbdən gəldi. Bu o deməkdir ki, Qərb bu prosesdə həm Ermənistanı, həm də Azərbaycanı dəstəkləyir. Bu da öz növbəsində erməni əhalisi tərəfindən narazılıqla qarşılanır. Xüsusilə o təbəqə ki, xaricdən idarə olunur və maliyyələşir. Burada xüsusilə RF, Fransa və İranın adını çəkmək olar. Hər üç dövlətin bölgədəki milli maraqları və artıq keçilmiş qırnızı xətləri var. Ona görə də hazırda Ermənistan siyasi hakimiyyətinin sərgilədiyi mövqeyə qarşı çıxan erməni cəmiyyətinin qrupları mövcuddur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Amid Əliyev deyib.

Siyasi şərhçi bildirib ki, baş verənlər fonunda Ermənistan Baş nazirinin bəyanatları və hərəkətləri onu deməyə əsas verir ki, Paşinyan Ermənistanın düşdüyü vəziyyətdən çıxış yolunu yalnız və yalnız Azərbaycanla konstruktiv müstəvidə danışıqlarda görür.

“Tezliklə dayanıqlı sülhün bağlanmasını labüd hesab edir. Əks halda bu Ermənistan üçün geri dönməsi mümkün olmayan nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də Ermənistan Baş naziri hər vəchlə həm sərhəd, həm də sülh sazişi məsələsində müsbət nəticənin əldə olunmasında israrlıdır. Qarşıdakı Alma-Ata görüşü isə bu məqsədlərin reallaşaması üçün əlverişli platforma ola bilər. Artıq 44 sərhəd nişanı quraşdırlıb və sülh sazişinin 80% razılaşdırlıb. Bundan sonra isə əldə olunmuş razılıqlarım kağız üzərində imzalanamsını təminetmək qalır. Ermənistan cəmiyyətində ideoloji və sosial cəhətdən 3 və 4 tirəlik olduğu üçün Ermənistan siyasi hakimiyyətinə qarşı vahid siyasi platformanın formalaşması bir qədər çətinlik yaradır. Eyni zamanda daəhalinin böyük əksəriyyəti bu proseslərin tezliklə bitməsini həmçinin qısa müddətdə sosial rifahın yüksəldilməsini istəyir. Bu səbəbdən də Paşinyanı dəstəkləyənlər də onun tərəfindən çıxış edirlər. Etirazların bütün Ermənistan ərazisində yayılmasını isə nə Qərb nə də ki, Erməni siyasi hakimiyyəti imkan verməyəcək”.

Rəfiqə NAMAZƏLİYEVA