Prezidentin rəsmi hədiyyələri 200 min funt sterlinqə satıldı

İran prezidenti Mahmud Əhmədinejad rəsmi hədiyyələrdən ibarət kolleksiyasını satışa çıxarıb. APA-nın "The Daily Telegraph"a istinadən verdiyi məlumata görə, prezidentin kolleksiyası auksionda 200 min funt sterlinqə satılıb.

Tehranda keçirilən hərraca prezidentə hədiyyə edilən daş-qaşlar, mirvari, bahalı saat markaları və s. çıxarılıb. Kolleksiyada Pakistan prezidenti tərəfindən hədiyyə edilən brilyant qaşlı boyunbağı da olub.

İranın Xeyriyyə Təşkilatının rəhbəri Hüseyn Bədəşxan bildirib ki, satışdan əldə edilən vəsait müharibə veteranları üçün yaşayış binalarının tikintisinə və tənha analara yardım üçün sərf ediləcək.

AzNews.az