Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıda daha bir avtobus qəzası

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan "10-TH-113" dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən "90-DN-376" dövlət qeydiyyat nişanlı "Mercedes"lə toqquşub.

Nəticədə "Mercedes"də olan 1994-cü il təvəllüdlü Sarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb.

Avtobus sürücüsünün bildirdiyinə görə, qarşısında hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü sükan arxasında yatmış vəziyyətdə olub və qəza bu səbəbdən baş verib.

AzNews.az