Qırıcı təyyarə Rusiyanı şoka saldı

Rusiyanın “Mig-31” tipli döyüş təyyarəsi qəzaya uğrayıb.

AzNews.az xarici mətbuata istinadən yazır ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən açıqlama verilib. Açıqlamada “Mig-31” tipli döyüş təyyarəsinin ölkənin qərbindəki Nijni-Novqorod şəhərində qəzaya uğradığı bildirilib.

Təyyarədəki pilotların sağ olduğuna dair məlumat verilib.

Qeyd edək ki, sentyabrın 17-də Rusiyanın “İl-20” markalı döyüş təyyarəsi Suriyada vurulmuşdu.

Nurlan AĞA
AzNews.az