Suriya və Azərbaycan mənzil və yenidənqurma sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Suriyanın ictimai işlər və mənzil naziri Mustafa Əbdür-Rəzzaq Dəməşqdə Azərbaycanın müvəqqəti işlər vəkili Elnur Şahhüseynovla görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Tərəflər görüş zamanı mənzil və yenidənqurma sektorlarında əməkdaşlığın gücləndirilməsi yollarını, eləcə də bu sahələrdə qarşılaşdıqları çətinlikləri müzakirə ediblər.