Lökbatanda anbarda yanğınla mübarizə tədbirləri davam etdirilir - VİDEO

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Aznews.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Yanğın “Bakı Logistika”ya məxsus anbarda baş verib. Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub.

image description image description image description image description