Xalq artistinin qızı nişanlandı - VİDEO

Xalq artisti Fatma Mahmudovanın qızı, həm aktrisa, həm də müğənni kimi tanınan Nigar Tofiq şəxsi həyatı ilə diqqət mərkəzinə düşüb. Sənətçinin duet ortağı Xan Qaraxanlı ilə ailə həyatı qurmağa hazırlaşdığı barədə xəbərlər yayılıb.

Aznews.az xəbər verir ki, cütlük nişan mərasiminin vaxtını hələlik gizli saxlasa da, Xan Qaraxanlının sosial şəbəkə paylaşımı iddiaları rəsmiləşdirib. İfaçı Nigar Tofiq ilə birlikdə zərgərlik mağazasında nişan üzüyü seçdikləri görüntüləri izləyiciləri üçün bölüşüb.

Paylaşılan kadrlarda ikilinin səmimi və xoşbəxt anları sosial mediada maraqla qarşılanıb. İzləyicilər qısa müddətdə çoxsaylı şərhlər yazaraq cütlüyə xoş arzularını çatdırıb və onları təbrik ediblər. (milli.az)