Hizbullah İrandan 200 milyon dollar alıb

Hizbullah ötən ay İsraillə bu ilki müharibə nəticəsində Livanda evlərini tərk etmək məcburiyyətində qalan insanlara yardım göstərmək üçün İrandan 200 milyon dollar alıb.

Bu barədə “Reuters” iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, vəsait ABŞ-ın İrana qarşı maliyyə təzyiqlərini artırdığı və Hizbullaha pul köçürməyin çətinləşdiyi bir vaxtda göndərilib.

Mənbələrin sözlərinə görə, vəsaitin köçürülməsində vasitəçilik edən şəxslər yaranan risklərə görə 20 faiz komissiya alıblar. Mənbələrdən biri bildirib ki, bu məbləğ adi komissiya haqqından dörd dəfə çoxdur.

Hizbullah rəsmisi “Reuters”ə bildirib ki, təşkilat vəsaiti əldə edib və onun paylanması ilə bağlı plan yaxın günlərdə açıqlanacaq. Lakin o, vəsaitin mənbəyini açıqlamayıb.

Mövsüm,
AzNews.az