- Dünyanın halı
- 20:28
- 679
Fransa İranı tələbə etirazları ilə bağlı dezinformasiyada ittiham edib
Fransa Xarici İşlər Nazirliyi çərşənbə günü bildirib ki, İranın Parisdəki səfiri ölkədə keçirilən tələbə etirazları ilə bağlı dezinformasiya kampaniyasına görə Fransa tərəfindən tənbeh edilib.
Nazirlik İranın oktyabrın 6-da Tehrandakı Fransa səfirini çağırmasının əsassız olduğunu bildirib və bu cür “təxribatlara” son qoyulmasına çağırıb.
Fransa XİN qeyd edib ki, İranın rəsmi Xarici İşlər Nazirliyinə məxsus hesablarında yayılan yanlış məlumatların qəbuledilməz olduğu İranın Parisdəki səfirinə çatdırılıb.
Tehran isə çərşənbə axşamı Fransa səfiri Pyer Koşarı tələbə etirazçılarına qarşı həddindən artıq polis zorakılığı olduğunu bildirərək çağırıb.
İran tərəfi 5 mindən çox şəxsin həbs edildiyini, çox sayda insanın ciddi xəsarətlər aldığını və polisin məktəblərə daxil olması ilə bağlı məlumatların yayıldığını qeyd edib.
Mövsüm,
AzNews.az