- Ermənistan və Gürcüstan
- 20:10
- 875
Paşinyan Ermənistanın Rusiya ilə dəmir yolu müqaviləsini ləğv etmək istəmədiyini bildirib
Ermənistanın Rusiya ilə ölkənin dəmir yollarının konsessiya əsasında idarə olunmasına dair müqaviləni ləğv etməyə imkan verən mexanizmləri var, lakin İrəvan bu imkanlardan istifadə etmək istəmir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Ermənistan hökumətinin konsessiya müqaviləsini ləğv etmək üçün alətləri, daha doğrusu, bunun üçün əsasları var, lakin <...> ultimatum dilindən istifadə etmək niyyətindədir”, – Paşinyan “CTRL Z” proqramına müsahibəsində deyib. Müsahibənin videosu “Infocom”un “YouTube” kanalında yayımlanıb.
Paşinyan bu məsələnin Rusiyanın sahib olduğu hüquqların həm Moskva, həm də Ermənistan üçün məqbul olacaq üçüncü tərəfə verilməsi yolu ilə həll edilməsini təklif edib.
Mövsüm,
AzNews.az