Ulu öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi - İlham Əliyev (VİDEO)

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı videoçarx paylaşılıb.

Aznews.az xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik".

AzNews.az