- Fanat
- 9 May 23:08
- 2 257
“Qalatasaray” ardıcıl dördüncü dəfə Türkiyə çempionu olub
Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.
Aznews.az xəbər verir ki, turun bütün matçları eyni vaxtda start götürüb.
“Qalatasaray” “Antalyaspor”la qarşılaşıb. Görüş “sarı-qırmızılılar”ın 4:2 hesablı qələbəsi ilə nəticələnib. Komanda bununla da, tarixində 26-cı dəfə Türkiyə çempionu olub.
“Fənərbaxça” səfərdə “Konyaspor”dan üstün olub - 3:0. “Sarı-lacivərdlilər” bu nəticə ilə növbəti dəfə ölkə ikincisi olub.
“Trabzonspor” isə “Beşiktaş”ı məğlub edib - 2:1. Qara Dəniz təmsilçisi bürünc medallara sahib çıxıb.
Türkiyə Super Liqası
XXXIII tur
“Qalatasaray” - “Antalyaspor” 4:2
“Beşiktaş” - “Trabzonspor” 1:2
“Konyaspor” - “Fənərbaxça” 0:3
“Alanyaspor” - “Kayserispor” 3.1
“Göztepe” - “Qaziantep” 1:1
“Kocaelispor” - “Karagümrük” 0:1
“Başakşehir” - “Samsunspor” 3:0
“Gençlerbirliyi” - “Kasımpaşa” 3:2
“Eyüpspor” - “Rizespor” 4:0